Karantin qaydaları sərtləşir? - Qapalı məkanlarda yenidən maska taxmaq ...

4 Avqust 2022 16:00

"Yay aylarında xarici ölkələrə turistik səfərləin artması ilə əlaqədar yoluxma sayında da yenidən artım göründü".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

O bildirib ki, insanlar məsuliyyətli olsalar, xəsətələr özlərini izolyasiya etsələr yoluxma sayında ciddi artım olmaz:

"Yoluxma sayının 500-ü küçməsi heç də epidemioloji vəziyyətin nəzarətdən çıxdığı anlamına gəlmir, o mənanı kəsb etmir. Epidemioloji vəziyyət nəzarət altındadır, ciddi bir təhlükə yoxdur. Amma yenə də insanlar ehtiyyat tədbirlərini əldən verməməlidirlər, qorunma qaydalarına yenidən başlayaraq ciddi əməl etməlidirlər.

Payız aylarında isə normal koronaviruslarda da artım müşahidə edildiyi üçün təbii ki, məntiqi olaraq burada da artma müşahidə oluna bilər. Amma hazırda karantin rejimini tələb edəcək bir vəziyyət yoxdur. 

Düşünürəm ki, yaxın günlərdə də bunu gərəkdirən bir duruma şahid olmayacağıq. Təbii ki, bunun üçün də insanlar məsuliyyətli olsalar, xəsətələr özlərini izolyasiya etsə və qapalı məkanlarda yenidən maska taxmağa şəxsi istəyimizlə davam etsək, yoluxma sayında ciddi artım görməyə bilərik".

Təhməz Əsədov
Milli.Az