İdeal səhərin riyazi formulu - Hansı saatda oyanmaq lazımdır ki, enerjili olasan?

4 Avqust 2022 21:25

Yeni günü necə başlamaq lazımdır ki, gün uğurlu keçsin.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, britaniyalı riyaziyyatçılar ideal səhərin formulunu hazırlayıblar.
Onlar eksperimentdə 2000 nəfəri sorğuya alıblar.

Riyaziyyatçı alim Enn İmafidon hesablama apararaq, xüsusi modellə səhər oyanmaq üçün ən ideal vaxtı tapıb.

Gün ərzində enerjin yaxşı olsun deyə, axşam 9-da yatıb, səhər 6:44-də oyanmaq lazımdır.

Oyanandan dərhal sonra yataqdan qalxmayın. 20-28 d'qiqə yatağın içində qalın. Ayağa 7:12-də qalxın, əl-üzünüzü yuyub, 20 dəqiqə yüngül idmanla məşğul olun, 10 dəqiqə duş alın, 15 dəqiqə səhər yeməyi yeyin.

Yemək yeyərkən danışmaq, telefona baxmaq olmaz.

Daha sonra motivasiya edici kitabdan bir iki səhifə oxuyub, gün üçün qeydlər aparıb, evdən işlərinizin ardıyca çıxa bilərsiz.
Siz bu rejimə əməl etsəniz əvvəlki günlərlə olan fərqini müqayisə edə bilərsiz.

Milli.Az