12 yaşlı qız kəndirləri dişləyərək cinayətkardan qaçdı

4 Avqust 2022 15:00

ABŞ-ın Alabama ştatında 12 yaşlı qız onu alkoqol içərək stula bağlayan və bir həftə əsirlikdə saxlayan adamdan qaçıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Nəşrin məlumatına görə, qız özünü azad etmək üçün kəndirləri dişləməli olub. O, magistral yolda sürücü tərəfindən aşkar edilərək polisə təhvil verilib. Hücum edən şəxs ertəsi gün həbs edilib. Bu 37 yaşlı Xose Paulino Paskual-Reyesdir.

Kişinin evinə baxış zamanı iki meyit tapılıb. O, adam öldürmə, adam oğurluğu və insan qalıqları ilə pis rəftarda ittiham olunub. Hücum edəni ölüm cəzası gözləyir, Alabama ştatında buna icazə verilir.

İrfan Vəliyev
Milli.Az