"Mançester Yunayted"in futbolçusu zədələndi

4 Avqust 2022 19:14

"Mançester Yunayted"in futbolusu Antoni Marsial zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu zədə səbəbindən mövsümün startını buraxacaq. O, Premyer Liqanın 1-ci turunda avqustun 7-də keçiriləcək "Brayton"la oyunda iştirak etməyəcək. Fransalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Marisal "Mançester Yunayted" in mövsümöncəsi 5 yoldaşlıq oyununda 3 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az