ATAA-ya yeni sədr seçildi

4 Avqust 2022 10:50

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri vəzifəsinə seçki keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2-ci Baş Assambleyası çərçivəsində keçirilən seçkidə Göydəniz Qəhrəmanov assosiasiyasının İdarə heyətinin yeni sədri seçilib.

Qeyd edək ki, bundan öncə AATA-nın sədri Rüfət Hacıyev idi.

Milli.Az