Divarı sökərkən altında qalıb öldü

4 Avqust 2022 09:40

Qubada üzərinə divar uçan şəxs ölüb.

Hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə "Magro Costruction" MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az