Aktyor Elməddin Cəfərov keçmiş komplekslərindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən sənətçi karyerasına başladığı vaxtlarda çətin anlar yaşadığını bildirib:
"Ən böyük kompleksim videokamera, şəkil çəkdirmək, kütlə içində oturmaq və çıxış etmək olub. Allah elə etdi ki, işim bunlardan keçdi. O kompleksləri məcbur aşmalı oldum. Amma "Tək səbr"də onu heç kim başa düşmürdü, hamı gülürdü. Bilmirdilər ki, ən böyük kompleksimlə döyüşürəm".
Milli.Az