"Bir həftədir yoluxmuşam, analiz verməyə getmirəm" - Şeyx Əbdül

4 Avqust 2022 09:56

Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, bu haqda aktyor baku.ws-ə açıqlamasında deyib. O, bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib:

"Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var.

Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Bayıra çıxa bilmirəm. Ancaq evdə müalicə alıram.

Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".

Milli.Az