Qazaxın 7 kəndi: “QİSAS”dan sonra ermənilər Tavuşdan qaçır

4 Avqust 2022 19:37

Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı "Qisas" əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.
"Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb", - "Hraparak" nəşri yazır.

Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 rayonunun azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxurlar.

Milli.Az