Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə ixtira olundu

7 Avqust 2022 12:56

Cənubi Koreya alimləri sağlamlıq haqqında məlumat toplamağa imkan verən smart-tatu yaradıblar. Belə ki, sözügedən elektron döymə bioelektrod funksiyasını yerinə yetirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, innovativ mürəkkəb elektrokardioqramma cihazı (EKQ) və ya digər biosensorla birləşdirilə bilər. Tatu pasiyentin ürəyinin yığılıb açılması və digər həyati vacib göstəricilər haqqında məlumatları ötürməyə qadirdir; bu məlumatlarla xəstəlikləri proqnozlaşdırmaq mümkündür.

O da vurğulanır ki, material sağlamlıq üçün təhlükəsizdir.

Milli.Az