Çin ABŞ-dan heç səfirini də geri çağırmayıb...

4 Avqust 2022 08:27

Çinin güclü iqtisadi əlaqələri olduğu və fəal rəqabət apardığı dövlətlə silahlı münaqişəyə girməsini təsəvvür etmək çətindir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi ekspert Yevgeni Maqda Çin və Amerika münasibətlərinin pozulma təhlükəsiylə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Pekinlə müharibəyə hazır olduğunu birmənalı şəkildə nümayiş etdirmir:

"İlk növbədə biz ABŞ və Çin arasında Tayvanla bağlı münaqişənin siyasi strukturunu görürük. Eyni zamanda, Pekin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra qlobal iqtisadiyyatda yaranmış vəziyyəti aydın şəkildə təhlil edib. Həmçinin, bu dövr ərzində ABŞ da eskalasiyaya hazır olmadığını nümayiş etdirib. Hətta diplomatiya üçün adi addım sayılan səfirin geri çağırılması halı belə baş verməyib", - Y.Maqda qeyd edib.

Xatırladaq ki, ölkələr arasında vəziyyət ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə gərginləşib.

Milli.Az