Bakıda 13 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Quliyev Elmir Salman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az