Bayden o sənədi imzalayacaq

4 Avqust 2022 08:53

ABŞ Prezidenti Co Bayden ABŞ Senatının NATO-nun genişlənməsinə dair qətnamə qəbul etməsini alqışlayıb

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatında deyilir.

Bayden Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı sənədləri imzalayacağını bildirib.

Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ölkə prezidenti həyata keçirir, Senat isə buna razılıq verir.

Milli.Az