Ağ Ev Pelosinin Tayvana səfərinə gizlin hazırlaşıb

4 Avqust 2022 08:43

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər etməzdən əvvəl prezident administrasiyası qapalı danışıqlar və məsləhətləşmələr aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağ Ev spikerə prezident administrasiyasının bir sıra üzvlərini, o cümlədən Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin nümayəndələrini əvvəlcədən təqdim edib.
Pelosiyə səfəri ləğv edəcəyi ümidi ilə Asiya turunun geosiyasi riskləri barədə xəbərdarlıq ediblər.

Bu baş vermədikdə, Ağ Ev Pekinlə qeyri-rəsmi əlaqə kanalları vasitəsilə mümkün təhlükələrin qarşısını almaq üçün işə başlayıb.

Belə ki, Pelosinin səfərinin nəticələrini yumşaltmaq üçün Vaşinqtondakı Çin səfirliyində ABŞ və Çin nümayəndələri arasında danışıqlar təşkil edilib.

Eyni zamanda, prezident Co Bayden administrasiyasının Pekinin mümkün cavab hərəkətlərinə cavab vermək planı olmayıb.

Milli.Az