Bakıdakı davalarda bıçaqlananlar olub

4 Avqust 2022 08:13

Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.

Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların vəziyyəti ağırdır.

Milli.Az