BMT-dən Şimali Koreyaya dəstək

4 Avqust 2022 07:55

Şimali Koreya qanuni olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxıb və özünümüdafiə hüququna malikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı açıqlamada deyilib.

"Şimali Koreya müqavilənin müvafiq maddəsinə uyğun olaraq qanuni prosedur vasitəsilə NSYM-dən çıxıb. Müvafiq olaraq, heç kimin NSYM-nin iştirakçısı olmayan nüvə silahına malik ölkə olan KXDR-i özünümüdafiə hüququndan istifadə etməkdə ittiham etməyə haqqı və əsası yoxdur", - deyə qeyd olunub.

Milli.Az