Senat Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verib

4 Avqust 2022 07:45

Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarının təsdiq edilməsi haqqında qətnamə qəbul edib, səsvermə hələ də davam edir. Lakin sənəd təsdiqlənməsi üçün artıq kifayət qədər səs toplayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya proseduru birbaşa ölkə prezidenti tərəfindən həyata keçirilir, Senat buna razılıq verir.

Bundan sonra ABŞ prezidenti Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq.

Milli.Az