Xırdalandakı partlayışın qaz sızmasından baş verməsi mümkündür - Ruslan Əliyev - VİDEO

4 Avqust 2022 07:05

Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

"İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur", - R.Əliyev vurğulayıb.

Milli.Az