"Çətin rəqibə qarşı oyunda bir qədər əziyyət çəkdik"

3 Avqust 2022 22:55

"Ümumilikdə çətin rəqibə qarşı oyunda bir qədər əziyyət çəkdik. Gərgin qarşılaşma oldu".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Macarıstanın "Ferensvaroş" komandası ilə 1:1 hesablı heç-heçə etdikəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi öz oyunu barədə danışmağı sevmədiyini bildirib.

O, rəqibi daha yaxşı tanıdıqlarını vurğulayıb: "Baş məşqçimiz Qurban Qurbanov da detallı tapşırıqlar verəcək və növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyik. İlk növbədə, azarkeşlərə çox sağ olun deyirəm. Onlar oyuna gələrək, bizə böyük dəstək oldular. Fanatları yüz faiz əmin edirəm ki, cavab görüşündə maksimum nəticə üçün çalışacağıq".

Qeyd edək ki, Macarıstandakı qarşılaşma avqustun 9-da keçiriləcək.

Milli.Az