İran orbitə "Xəyyam" peyki buraxacaq

3 Avqust 2022 19:50

"Xəyyam" peyki gələn həftə orbitə buraxılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya ilə birgə əməkdaşlıq çərçivəsində "Xəyyam" qabaqcıl peyki gələn həftə Qazaxıstanın Baykonur kosmik stansiyasından "Soyuz" peyk daşıyıcısı ilə orbitə buraxılacaq.

Dəqiq ölçülərə malik bu qabaqcıl peyk ölkənin müxtəlif hissələrini daha "ağıllı" etmək üçün dəqiq məkan məlumatlarından istifadə imkanı verəcək.

Kənd təsərrüfatı məhsuldarlığının artırılması, ölkənin su ehtiyatlarının dəqiq monitorinqi, təbii fəlakətlərin idarə edilməsi, tikintilərin monitorinqi və torpaqların mənimsənilməsi ilə mübarizə, ekoloji təhlükələrin monitorinqi, mina və faydalı qazıntıların monitorinqi, ölkə sərhədlərinin monitorinqi və bir çox digər tətbiqlər, o cümlədən alınan məkan məlumatlarının alınması zamanı "Xəyyam" peykindən istifadə olunacaq.

Milli.Az