ABŞ Türkiyəyə təşəkkür edib

3 Avqust 2022 19:36

ABŞ Ukraynadan yola düşən ilk taxıl gəmisinin Qara dənizi təhlükəsiz şəkildə keçməsini alqışlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı ABŞ Dövlət katibi Entoni Blinken "Twitter" hesabında paylaşım edib.

"Biz BMT-nin və Türkiyənin Ukraynanın taxılını ərzaq çatışmazlığından əziyyət çəkənlərə çatdırmaq üçün göstərdiyi səyləri təqdir edirik", - deyə o bildirib.

Milli.Az