Çavuşoğlu ilə Lavrov görüşdü

3 Avqust 2022 17:22

Kambocanın paytaxtı Pnompendə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Çavuşoğlu açıqlama verib.

Görüş ASEAN ölkələri xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

Nazir bildirib ki, görüş zamanı Ukrayna taxılının təhlükəsiz nəqli və digər regional məsələlər müzakirə olunub.

Milli.Az