Xalq artistinin vəziyyəti pisləşdi - Xəstəxanaya aparılır

3 Avqust 2022 15:32

Azərbaycanda məşhur xalq artistinin səhhətində ciddi problem yaranıb.

Milli.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Xalq artisti Şeyx Əbdül Mahmudovun səhhəti pisləşib. Onun ağciyər-tənəffüs sistemində problem aşkarlanıb. Xalq artisti bir neçə gündür ev şəraitində müalicə olunur.

Onun yaxın saatlarda xəstəxanaya yerləşdiriləcəyi bildirilir.

Milli.Az