Ələ salınan qız 30 plastik əməliyyat etdirdi, məşhurlaşdı

4 Avqust 2022 04:22

Britaniyalı Monifa Makkuin məktəbdə həmyaşıdları tərəfindən ələ salındığı üçün 30 plastik əməliyyat etdirib və şəbəkədə məşhurlaşıb.

Milli.Az bildirir ki, onun hekayəsi "Daily Star" jurnalistlərinin marağına səbəb olub.

26 yaşlı model müsəlman dindarların ailəsində böyüdüyünü və bu səbəbdən transformasiyaya qərar verməkdə çətinlik çəkdiyini etiraf edib. London sakininin dediyinə görə, yeniyetmə ikən dözdüyü zorakılıq onu xarici görünüşünü dəyişməyə sövq edib.

Bundan əlavə, qız şikayət edib ki, əvvəllər çoxları kişi görünüşünə və kobud səsinə görə onu kişiyə bənzədirdilər. "Bir gün şəhərdə mənə qəribə bir qadın yaxınlaşıb. O, mənim yaraşıqlı olduğumu söyləyib, amma oğlan olduğumu düşünürdü", - Makkuin əlavə edib.

Britaniyalı sinəsini və ombasını böyüdüb. O, həmçinin dolğuların köməyi ilə alnının və üzünün korreksiyasını azaltmaq üçün saç transplantasiyası əməliyyatı keçirib. "Üç il ərzində ümumilikdə 30 prosedurdan keçdim, onlara 65 min funt sterlinq xərclədim. Mən bu pulu "OnlyFans"da müştərilərimdən aldım", - səmimi foto və videolar paylaşdığı bu platforma sayəsində populyarlıq qazanan materialın qəhrəmanı deyib.

İrfan Vəliyev
Milli.Az