"Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik"

3 Avqust 2022 10:52

Aktrisa Sonaxanım Əliyeva qalmaqallı sözləri ilə gündəmə gəlib. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı Amil Xəlilin "Gəl danış" verilişinə qonaq olan aktrisa rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb. 

Sonaxanımın bu sözləri müzakirələrə səbəb olub. Onun səsləndirdiyi fikirlər onlayn platformalarda paylaşılaraq tənqidlərə səbəb olub.

Milli.Az