Bakıda məşhur mağaza müdirinin iş yerindən meyiti tapıldı

3 Avqust 2022 09:16

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yasamal rayon ərazisində yerləşən "Kığılı" geyim mağazasında qeydə alınıb.

"Elmlər" filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az