Sevda əri ilə yenidən Avropadadır

3 Avqust 2022 12:52

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla Avropaya yollanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, cütlük Çexiyanın paytaxtı Praqa şəhərində istirahətdədir.

Sənətçi şəhərin tarixi abidələrinin və gəzməli yerlərinin görüntülərini instaqram hesabında bölüşüb.

Qeyd edək ki, onlar bundan öncə İsveçrə, Rusiya, Şri Lanka və başqa ölkələrə birlikdə səyahət edib.

Milli.Az