Rusları bu imkandan da məhrum etdilər

3 Avqust 2022 09:32

Rusiya vətəndaşlarına ETS tərəfindən təşkil olunan TOEFL formatında (Test of English as a Foreign Language) ingilis dilindən beynəlxalq imtahan vermək qadağan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, platformadan Rusiya vətəndaşlarına imtahana yazılmağın mümkünsüzlüyü barədə mesaj göndərilir.

"ABŞ Xarici Aktivlərə Nəzarət Departamentinin (OFAC) tələblərinə uyğun olaraq, biz sizin sorğunuzu icra edə bilmirik", - mesajda bildirilir.

Milli.Az