Rihanna ana olandan sonra ilk dəfə fotoqraf qarşısına keçdi - FOTO

3 Avqust 2022 09:24

Amerikalı pop müğənni və sahibkar Rihanna uşaq dünyaya gətirəndən sonra ilk dəfə özünün "Savage x Fenty" brendinin reklamında rol alıb. Müvafiq şəkillər seriyası brendin "Instagram" hesabında paylaşılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı məşhur, V formalı dekolteli, narıncı rəngli gecəlikdə fotoqrafa pozalar verib.

"Cazibədar qadın", "Sadəcə vau", "Səni sevirik", "Gözəllik", "Möhtəşəm görünürsən", - kimi şərhlərlə istifadəçilər Rihannanın görünüşünə heyran qaldıqlarını bildiriblər.

Milli.Az