ABŞ Rusiyaya çağırış edib

3 Avqust 2022 08:59

Vaşinqton Moskvanı məhbusların mübadiləsi təklifini qəbul etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi brifinq zamanı bildirib.

"Biz ciddi təklif vermişik və Rusiyanı bunu qəbul etməyə çağırırıq", - deyə C.Kirbi bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Britni Qriner və Pol Uilanı azad etmək üçün Moskvaya "əhəmiyyətli təklif" təqdim etdiyini açıqlayıb. İyulun 29-da o, Rusiya xarici işlər naziri Sergey Lavrovla da telefonla saxlanılan ABŞ vətəndaşlarının taleyini müzakirə edib.

Milli.Az