İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıb

3 Avqust 2022 08:12

İspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan "Leopard" seriyalı tankları Ukraynaya verməyəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, u barədə İspaniyanın müdafiə naziri Marqarita Robles "El Mundo" qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.

"Uzun illər Saraqosada istifadə edilməyən "Leopard"ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər", - nazir deyib.

Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin artmasına səbəb ola biləcəyindən bu tankları Ukraynaya vermir.

Milli.Az