Fransa İsveç və Finlandiyanın NATO-ya qəbulunu dəstəkləyib

3 Avqust 2022 08:43

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərar palatanın ötən gün axşam keçirilən iclasında qəbul edilib.

Parlamentarilərdən 209-u Finlandiya və İsveçin NATO-ya daxil olmasının lehinə, 46-sı isə əleyhinə səs verib.

Milli.Az