Müharibə başlayandan 8 milyon ukraynalı...

3 Avqust 2022 07:55

Rusiya Ukrayna müharibəsi başlayandan 8 milyon ukraynalı Avropa İttifaqı (Aİ) ölkələrinə gedib

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohansson bildirirb.

Bu şəxslərin təxminən yarısı Aİ-nin müvəqqəti mühafizəsində qeydiyyata alınıb.

Yohansson Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı Ukraynanın daxili işlər naziri Denis Monastirski ilə birgə mətbuat konfransında ukraynalı qaçqınlar haqqında məlumat verib.

Müharibə başlayandan bəri AB ölkələrinə sığınan ukraynalıların sayının 8 milyon olduğunu qeyd edən Yohansson bu rəqəmin bir AB ölkəsinin əhalisi qədər olduğunu bildirib.

Yohansson 4 milyon ukraynalının yaşamaq, iş və təhsil kimi imkanlar təmin edən AB-nin tətbiq etdiyi müvəqqəti qoruma üçün müraciət etdiyini və qeydiyyatdan keçdiyini bildirib.

Ukraynalıların bir qisminin ölkələrinə qayıtdığını bildirən Yohansson, ukraynalıların öz ölkələri ilə sığındıqları AB ölkəsi arasında da səyahət edə biləcəklərini vurğuladı.

Milli.Az