Ərdoğan Akil Salehi və Abdulla əl-Ləfini ilə görüşüb

3 Avqust 2022 07:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Nümayəndələr Palatasının sədri Akil Salehi və Liviya Prezident Şurasının sədr müavini Abdulla əl-Ləfini qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ankaradakı Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı formatda olub.

Qəbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da iştirak edib.

Milli.Az