Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin quraşdırılmasına başlanılır

2 Avqust 2022 22:36

Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin qoyulması istiqamətində işlər davam etdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, hazırda quraşdırma işləri mərhələsindəyik.

"Quraşdırma işləri başa çatdıqdan sonra açılış mərasimi barədə ictimaiyyətə məlumat veriləcək. Hələlik tarix məlum deyil", - deyə Anar Kərimov bildirib.

Milli.Az