Çinin səbri tükəndi - FOTO

2 Avqust 2022 21:59

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Çinin müdafiə nazirliyi axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərinə cavab olaraq ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Nazirlik bununla bağlı hərbi əməliyyatlara başlanacağını bildirib.

Həmçinin, Xalq Azadlıq Ordusunun Şərq Komandanlığı bu gecədən Tayvan ətrafında üç ərazidə (şimal, cənub-qərb və cənub-şərq) təlimlərə başlayıb.

Çinin 20-dən çox döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Televiziyanın məlumatına görə, 8 "J-11" qırıcısı, 10 "J-16" qırıcısı, bir "KJ-500" hava desantı təlimlərdə iştirak edir.

Bundan əvvəl bildirilib ki, Çin Tayvan adasının şimalında da avqustun 3-5-də dəniz atəşi təlimləri keçirəcək. Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığının məlumatına görə, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.

Milli.Az