ABŞ-dan Rusiyaya daha bir zərbə

2 Avqust 2022 21:56

ABŞ Rusiyanın 893 məmur və hərbçisinə viza sanksiyaları tətbiq edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Bəyanatda milyarderlər Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var.

Həmçinin, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 müəssisəni "qara siyahıya" salıb.

Milli.Az