Puta Dəniz Limanında gəmidə yanğın olub - YENİLƏNİB

2 Avqust 2022 22:37

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

21:02

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

Milli.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az