Çin ordusu Tayvan ətrafında hərbi təlimlər keçirəcək - Xəritə

2 Avqust 2022 20:29

Çin ordusu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Tayvan adası ətrafındakı altı bölgədə hərbi təlimlər keçirəcək.

"Çin Xalq Azadlıq Ordusu cümə axşamından bazar gününə kimi Tayvan adasını əhatə edən altı bölgə də daxil olmaqla, əhəmiyyətli hərbi təlimlər və təlim fəaliyyətləri keçirəcək", - məlumatda deyilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.

Milli.Az