Çin ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

2 Avqust 2022 20:28

Çin ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

"ABŞ-ın hərəkəti Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrinə yanlış siqnal verir. Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və dəhşətli nəticələrə gətirib çıxaracaq ", - deyə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Milli.Az