Salyan yolunda ağır qəza - Ölən var - FOTOlar

2 Avqust 2022 18:22

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az