“Qarabağ” - “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu

2 Avqust 2022 15:17

Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ"ın mümkün rəqibi müəyyənləşib.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferensvaroş"la görüşəcək Ağdam təmsilçisi turu adlaya bilməsə, Avropa Liqasının pley-offunda oynayacaq. Azərbaycan və Macarıstan çempionlarının duelinin məğlubu "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək. "Qarabağ" - "Ferensvaroş" cütündə uduzan komanda ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Ağdam klubu Macarıstan təmsilçisi ilə avqustun 3-də və 9-da qarşılaşacaq.

Milli.Az