Bağça müəlliminin ərindən uşaqlara qarşı əxlaqsızlıq - İşin üstü açılanda...

3 Avqust 2022 02:44

ABŞ-da yaşayan qadın pedofiliyada və qadının rəhbərlik etdiyi uşaq bağçasının uşaqlarına qarşı nalayiq hərəkətlərdə şübhəli bilinən ərini öldürməyə cəhd edib.

Milli.Az bildirir ki, bu barədə True Crime Daily məlumat yayıb.

İyulun 22-də axşam saatlarında Vaşinqton polisi "Mandarin Oriental Hotel"ə gəlib. Hadisə yerində güllə yaraları olan kişi tapılıb. Zərərçəkmiş "həyat üçün təhlükəli" xəsarətlərlə xəstəxanaya çatdırılıb. Kişinin, Merilend ştatının Baltimor şəhərində keçmiş polis məmuru, 2005-ci ildə təqaüdə çıxan 57 yaşlı Ceyms Uims olduğu ortaya çıxdı.

Məlum olub ki, kişini 50 yaşlı arvadı Şentri Uims vurub. Qadın həbs olunub və dörd gün sonra yaralı Ceyms Uims haqqında həbs qərarı verilib. O, "ən azı üç uşaq bağçası şagirdinə cinsi təcavüzdə" ittiham olunub. Cinayətlərin törədildiyi iddia edilən "Lil Kidz Kastle" uşaq bağçasının sahibi Şantri Uims olub.

KİV-in məlumatına görə, qadın əri ilə ona qarşı irəli sürüləcək ittihamları müzakirə etmək üçün görüşüb. Həmçinin qeyd dəftərində ərini öldürmək niyyətində olmadığını və sadəcə "onu vurmaq" istədiyini, çünki "bu uşaqlar ədalətə layiqdir" deyə bir yazı var idi.

"Lil Kidz Kastle" hadisədən bir gün sonra bağlanıb. Şantri Uimsin zaminə buraxılması rədd edilib və o cümə günü, avqustun 5-də məhkəməyə qədər həbsdə qalacaq. Ceyms Uims xəstəxanadan çıxandan dərhal sonra nəzarətə götürülüb. Onun məhkəməsi yaxın vaxtlarda baş tutmalıdır.

İrfan Vəliyev
Milli.Az