Şagird yerdəyişməsinə start verilir

2 Avqust 2022 15:02

Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;
2. .İsmayılov adına 6 nömrəli məktəb-lisey;
3. 132-134 nömrəli Təhsil Kompleksi;
4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;
6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;
7. "Zəngi" liseyi;
8. Bakı Avropa Liseyi;
9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;
11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Milli.Az