"Bu, Cənubi Qafqazda çiçəklənmənin açarıdır"

2 Avqust 2022 14:52

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında ardıcıl mövqe tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan Ermənistanla münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasını təklif edib. Bu, Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və çiçəklənmənin açarıdır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, ümumi tarix, mədəniyyət və Azərbaycan, Türkiyə, Özbəkistan hökumətləri arasında strateji tərəfdaşlıq və möhkəm əlaqələrə əsaslanan dəyərlər hər üç ölkənin münasibətlərinin inkişafının təməlini təşkil edir.

Milli.Az