"Onunla fəxr etmirəm"

2 Avqust 2022 17:56

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın atası Errol Mask qatıldığı "Kyle and Jackie O" radio şousunda maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 76 yaşlı Erol dünyanın ən zəngin adamı olan oğlu ilə fəxr etmədiyini və "Tesla" sürmədiyini bildirib. Üstəlik o, oğlunu xəsis adlandırırb.

Erol jurnalistin "Övladınız dahidir. Bu özəlliyi haradan alıb? Oğlunuzla fəxr edirsiniz?" sualına belə cavab verib:

"Bu, mənim və ya Meyin (red. İlon Maskın anası) işi deyil. O, dahiliyini qapıdan keçən südçüdən almış ola bilər. Biz övladlarımız üçün uzun müddətdir nələrsə edən ailəyik, birdən-birə olmayıb. Ona görə də oğlumla fəxr etmirəm".

Erol biznesmen oğlundan bir dəfə də olsun pul almadığını vurğulayıb:

"Biz çox qənaətcil, xəsis ailəyik. Əgər nəyisə almaq istəyirəmsə, niyə sualına 100 cavab tapmalıyam. İlon çox qənaətcil bir həyat sürür. Hər gün saat altıda işdədir".

O, son olaraq sərvəti 700 milyon dollar qiymətləndirilən Kimbalı daha çox təqdir etdiyini deyib.

Milli.Az