"Liverpul"da yeni müqavilə

2 Avqust 2022 19:14

"Liverpul" hücumçusu Dioqo Jota ilə yeni müqavilə imzalayıb.

25 yaşlı oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Jota 2020-ci ilin sentyabrından "Liverpul"da çıxış edir. Portuqaliyalı futbolçu komandanın heyətində 85 oyunda 34 qol vurub və 9 qolun ötürməsini verib.

Milli.Az