"Bu mövsüm "Qarabağ"a düşən ən güclü rəqib “Ferentsvaroş”durmu? - Qurban Qurbanovdan cavab

2 Avqust 2022 19:12

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Ferentsvaroş"la keçiriləcək keçiriləcək oyunla bağlı fikrilərini bildirib.

O, bu gün keçirilən mətbuat konfransında Macarıstan klubu ilə bağlı danışıb. "Bu mövsüm "Qarabağ"a düşən ən güclü rəqib "Ferentsvaroş"durmu" sualını cavablandıran baş məşqçi deyib:

"Bizə hər mərhələdə ən yaxşı rəqib düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, hazırda "Ferentsvaroş" daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, hədəfimiz bir o qədər az deyil".

Xatırladaq ki, "Qarabağ" ÇL-in ilk təsnifat mərhələsində, "Lex"i (Polşa), 2-ci mərhələdə "Sürix"i (İsveçrə) mübarizədən kənarlaşdırıb. "Qarabağ" - "Ferentsvaroş" cütünün qalibi isə pley-offda "Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Milli.Az