“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi - ÇL

2 Avqust 2022 14:11

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı. Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli oldu.

"Köhlən atlar" 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda "Kopenhagen" (Danimarka), "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) və ya "Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcəkdi. Püşk "Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünü seçdi.

"Qarabağ" - "Şerif" (Moldova) - "Viktoriya" (Çexiya) cütünün qalibi
 
Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
 
Çempionlar Yolu
 
Səpələnmişlər

Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
Srvena Zvezda (Serbiya) - Pünik (Ermənistan) cütünün qalibi
Kopenhagen (Damimarka)
Şerif (Moldova) - Viktoriya (Çexiya) cütünün qalibi
 
Səpələnməmişlər
 
Ferensvaroş (Macarıstan) - Qarabağ (Azərbaycan) cütünün qalibi
Makkabi (Hayfa, İsrail) - Apollon (Kipr) cütünün qalibi
Bodo Qlimt (Norveç) - Jalgiris (Litva) cütünün qalibi
Trabzonspor (Türkiyə)

Milli.Az