Vladimir Norov Daşkənd bəyannaməsinin əhəmiyyətindən danışdı

2 Avqust 2022 13:54

Daşkənd bəyannaməsi üçtərəfli əməkdaşlığın yaxın perspektivdə əsas prioritetlərini müəyyənləşdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinı görə, nazirlərin birinci üçtərəfli görüşü tərəflərin birgə işin davamına və dayanıqlı inkişafın təmin olunması üzrə praktiki nəticələrin əldə olunmasına qətiyyətini təsdiq edib.

"Görüşün yekununda Daşkənd bəyannaməsi kimi vacib sənəd imzaladıq. Əminəm ki, bizim bu formatdakı növbəti görüşlərimiz də məhsuldar olacaq, dost və qardaş xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək", - deyə o bildirib.

Milli.Az